...

Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 11 nəfərin cəsədi aşkar edilib (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 25 Dekabr 2016 21:56 (UTC +04:00)
Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 tipli təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 11 nəfərin cəsədi aşkar edilib (YENİLƏNİB-5)

Bakı. Trend:

Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 tipli təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiyalar departamentindən məlumat verilib.

XXX

16:37

Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu güc strukturların nümayəndəsi deyib.

X X X

13:22

Təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər tərəfindən 5 nəfərin meyiti aşkarlanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, axtarışlar davam edir.

X X X

11:23

Qəzanın araşdırmaları nəticəsində 1 nəfərin cəsədi aşkarlanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiyə nazirliyininin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 92 nəfər olub.

X X X

10:30

İtkin düşən TU-154 təyyarəsi Qara dənizə düşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sahildən 1,5 km aralıda təyyarənin hissələri tapılıb

X X X

09:52

Rusiyanın müdafiə nazirliyinə məxsus təyyarə Krasnodar vilayətinin dağlıq hissəsində qəzaya uğrayıb.

Trend "RİA Novosti" istinadən verdiyi məlumata görə, bunu güc strukturların nümayəndəsi ilkin məlumat olaraq deyib.

X X X

08:34

Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 70-ə yaxın adam olub.

Bildirilir ki, təyyarə Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti