Bakı. Trend:
Türkiyənin Şırnak vilayətində, Qabar dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində 2 türk hərbçi həlak olub.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 4 hərbçi də yaralanıb.
Yaralı hərbçilər Siirt Dövlət Xəstəxanasına aparılıb.
Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.