...

Hillari Klinton seçkilərdə iştirak etməyəcək

Dünya xəbərləri Materials 9 Yanvar 2017 03:18 (UTC +04:00)
Prezidentliyə sabiq namizəd Hillari Klinton ABŞ-ın Nyu-York şəhərinin meri vəzifəsinə seçkilərdə, habelə gələcəkdə hər hansı bir seçkilərdə iştirak etməyəcək.
Hillari Klinton seçkilərdə iştirak etməyəcək

Bakı. Trend:

Prezidentliyə sabiq namizəd Hillari Klinton ABŞ-ın Nyu-York şəhərinin meri vəzifəsinə seçkilərdə, habelə gələcəkdə hər hansı bir seçkilərdə iştirak etməyəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu H.Klintonun nümayəndəsi Nira Tanden CNN telekanalına deyib.

"Düşünürəm ki, o uşaqlara və ailələrə kömək etmək üsullarını axtarır. O, bu istiqamətdə ömür boyu çalışıb. Mən düşünmürəm ki, seçkilərdə nə vaxtsa bir daha iştirak edəcək", deyə Tandem bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti