Bakı. Trend:
BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreyada hakimiyyətə gələcəyi təqdirdə regionda müharibə təhlükəsi arta bilər.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu fikirlər Şimali Koreyanın mərkəzi mətbuat orqanında yer alıb.
Şimali Koreya Əmək Partiyasının mətbuat orqanında yer alan məqalədə qeyd olunub ki, Pan Gi Munun prezident olacağı təqdirdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün bütün imkanlar itirilə bilər, bu isə nüvə müharibəsi təhlükəsini daha da artırar.
Qeyd edək ki, Pan Gi Munun Cənubi Koreyada növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.