Aşqabad. Hüseyn Həsənov - Trend:
Türkmənistanın “Türkmənqaz” dövlət konserninin yeni rəhbəri Maksat Babayev təyin olunub. Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Qurbanqulı Berdımuhamedov fərman imzalayıb.
Bundan əvvəl, M,Babayev həmin qurumun sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Türkmənistan Xəzər regionunda əsas qaz ixracatçılarından biridir. Bu ölkədən Çin və İrana xammal ixrac olunur.