Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatın 145-ci günündə Suriyanın şimalında İŞİD terror qruplaşmasının 198 hədəfi məhv edilib.
Həmçinin 9 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından aparılır.