...

Madlen Olbrayt İslamı qəbul edir

Dünya xəbərləri Materials 26 Yanvar 2017 12:39 (UTC +04:00)
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt həmrəylik əlaməti olaraq İslamı qəbul etməyə hazır olduğunu bildirib
Madlen Olbrayt İslamı qəbul edir

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt həmrəylik əlaməti olaraq İslamı qəbul etməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, ABŞ tarixində ilk qadın dövlət katibi bu barədə öz Twitter səhifəsində yazıb.

Olbrayt yazır: “Mən katolik ailəsində böyümüşəm, sonra yepiskop kilsəsinə üz tutmuşam. Sonra isə öyrənmişəm ki, yəhudiyəm. Mən həmrəylik əlaməti olaraq müsəlman olmağa hazıram”.

Keçmiş döblət katibi bu sözlərini ABŞ prezidenti Donald Trampın müsəlman ölkələrindən qaçqınların qarşısının alınması ilə bağlı bəyanatlarına etiraz olaraq yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti