Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri (SQ) "Azad Suriya Ordusu"nun dəstəyi ilə Suriyanın şimalındakı Əl-Bab bölgə mərkəzinin 40 faizini ələ keçirib.
Trend-in Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, "Azad Suriya Ordusu"nun Əl-Bab şəhərinin cənubuna doğru irəliləməsi ilə hakimiyyət qüvvələrinin əraziyə girişi əngəllənib.
Qeyd edək ki, Rusiya qırıcıları şəhərin cənubunda İŞİD hədəflərini vuraraq hakimiyyət qüvvələrinin yanvarın 20-dən etibarən Əl-Baba doğru irəliləməsini təmin etmişdi.