Bakı. Trend:
İran prezidenti Həsən Ruhani Oman və Küveytə rəsmi səfər edəcək. Trend-in məlumatına görə, səfər sabah başlanacaq.
İran prezidenti öncə Omana, daha sonra Küveytə yola düşəcək. H.Ruhanini səfər zamanı yüksək səviyyədə nümayəndə heyəti müşayiət edəcək.
Rəsmi görüşlər çərçivəsində regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.