Bakı. Trend:
Suriyada türk hərbçilər xəsarət alıblar.
Trend-in məlumatına görə, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin olduğu əraziyə PYD (PKK terror təşkilatının Suriya qanadı) minaatandan atəş açılıb.
Hücum zamanı 4 çavuş yaralanıb.
Yaralı hərbçilərdən biri helikopterlə Qaziantepə, üçü isə Kilis xəstəxanasına aparılıb. Onların vəziyyətlərinin yaxşı olduğu deyilir.
Cavab zərbələri nəticəsində qarşı tərəf susdurulub.