...

XƏBƏRDARLIQ - Yaponiyada Sakuradzima oyanır

Dünya xəbərləri Materials 28 Aprel 2017 09:23 (UTC +04:00)
Yaponiyanın cənubunda yerləşən Kyusyu adasında Sakuradzima vulkanı yenə aktivləşib.
XƏBƏRDARLIQ - Yaponiyada Sakuradzima oyanır

Trend-i buradan izləyin

Bakı. Trend:

Yaponiyanın cənubunda yerləşən Kyusyu adasında Sakuradzima vulkanı yenə aktivləşib. Trend-in məlumatına görə, vulkan ətrafa kül topası atıb.

Yerli meteoroloji idarənin verdiyi məlumata görə, vulkanın atdığı kül topası 3200 metr hündürlüyünə yüksəlib. Qeyd edək ki, vulkan sonuncu dəfə ötən il yayda oyanaraq püskürmüşdü.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, ikinci dəfə də kül topasının ətrafa atılması halı təkrarlana bilər.

Xəbər lenti

Xəbər lenti