...

Terror təşkilatının liderlərindən biri öldürüldü

Dünya xəbərləri Materials 29 Aprel 2017 00:08 (UTC +04:00)
ABŞ hərbçiləri Yəməndə “Ərəbistan yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər
Terror təşkilatının liderlərindən biri öldürüldü

Bakı. Trend:

ABŞ hərbçiləri Yəməndə “Ərəbistan yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Trend-in "Sputnik"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib” - deyə Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarhar əyalətində xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 35 silahlısı məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti