...

SON DƏQİQƏ: Türkiyədə 12 terrorçu saxlanıldı

Dünya xəbərləri Materials 1 İyun 2017 14:04 (UTC +04:00)
Türkiyənin İzmir vilayətində polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 12 terrorçu saxlanılıb.
SON DƏQİQƏ: Türkiyədə 12 terrorçu saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 12 terrorçu saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanların hamısının Türkiyə vətəndaşları olduqları bildirilib.

Saxlanılanların mənzillərində aparılan axtarışlar nəticəsində partlayıcılar və odlu silahlar aşkar edilib.

Terrorçuların hansı qrupa mənsub olduqları barədə məlumat verilməsə də, onların Suriyada mübarizə aparan YPG və PYD qrupları ilə əlaqələri olduğu iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti