Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 04:03-də yayımlanıb)
Bakı. Trend:
Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlər 23-25 yaş arasında olan qadınlardır, onlardan biri Fransa vətəndaşıdır.
XXX
04:14
Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Enrike Penyalosa öz "Twitter" hesabında yazıb.
XXX
04:03
Kolumbiyanın paytaxtı Boqotada "Centro Andino" ticarət mərkəzində partlayış baş verib.
Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Polislər insanları ticarət mərkəzindən təxliyə edir.
Şahidlərin sözlərinə görə, partlayış ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən tualetdə baş verib. Partlayışın səbəbləri barədə hələlik məlumat daxil olmayıb.