Bakı. Trend:
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Uralda, Sibirdə və Rusiyanın cənubunda 820-dən çox evin dam örtüyü və pəncərələri sıradan çıxıb.
Trend-in məlumatına görə, iyunun 29-dan 30-dək İnquşetiyada, Krasnodar diyarında, Rostov və Çelyabinsk vilayətlərində və Hakasiyada güclü külək əsib, yağış yağıb.
Nəticədə 823 evə ziyan dəyib. Onlardan 7-si sosial əhəmiyyətli obyektdir.
Xəsarət alan yoxdur.