Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada təqribən 440 nəfər əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisiz qalıb.
Trend-in məlumatına görə, iyunun 30-u saat 15:00-dan etibarən güclü külək və yağış Moskva şəhəri və Moskva vilayəti ərazisində elektrik paylayıcı şəbəkələrdə qəzalara səbəb olub.
Hazırda xətlərdə təmir işləri gedir.