Bakı. Trend:
İspaniya Mülki Qvardiyasının əməkdaşları Malaqa şəhərində Suriyada İŞİD terror qruplaşması tərəfindən döyüşlərdə iştirak etdiyi ehtimal olunan şəxs saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İspaniya Daxili İşlər Nazirliyi öz "Twitter" səfinsəndə yazıb.
Qeyd edək ki, hazırda İspaniyada 5 mümkün səviyyədən, 4-cü səviyyə terror təhlükəsi fəaliyyət göstərir. Ölkədə mütəmadi olaraq anti-terror əməliyyatları keçirilir. DİN-nin məlumatına görə, 2015-ci ildən terrorçuluqla əlaqədə şübhəli bilinən 220 nəfər saxlanılıb.