...

Tramp: Rusiya və ABŞ bir çox sahələrdə uğurla əməkdaşlıq edə bilər

Dünya xəbərləri Materials 13 İyul 2017 00:06 (UTC +04:00)

Bakı. Trend:

Rusiya və ABŞ Suriya ilə yanaşı bir çox sahədəuğurla əməkdaşlıq edə bilər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp "CBN" telekanalına verdiyi müsahibəsində deyib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri Hamburqda keçirilən G20 Sammitində Suriyanın cənub-qərb rayonlarında atəşkəs haqqında razılığa gəliblər.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bildirib ki, BMT Suriyanın cənub-qərbində sülhün bərqərar olmasını münaqişənin həllində mühüm addım hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti