...

Arı dəstəsi təyyarənin uçuşuna mane oldu

Dünya xəbərləri Materials 1 Avqust 2017 18:14 (UTC +04:00)
Hindistanın “Alliance Air” aviaşirkətinin təyyarəsi arı dəstəsinin hücumuna məruz qalıb
Arı dəstəsi təyyarənin uçuşuna mane oldu

Bakı. Trend:

Hindistanın “Alliance Air” aviaşirkətinin təyyarəsi arı dəstəsinin hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, Heydərabaddan Punaya uçuş həyata keçirməli olan təyyarənin ön şüşəsi arılarla örtülüb. Bununla əlaqədar uçuş təxirə salınıb.

Arıları xüsusi aerozollar vasitəsilə uzaqlaşdırmaq mümkün olub. Arı hücumu təyyarənin qapıları bağlandıqdan sonra başladığı üçün hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti