Bakı. Trend:
Boliviyada avtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Koçabamba departamentinin polis rəisi bildirib.
İndiyədək 31 yaralının evakuasiya edildiyi bildirilir.
İnsident mexaniki nasazlıqlar səbəbindən baş verib. Avtobus dayana bilməyib və 150 metr hündürlükdən dərəyə düşüb.