...

İspaniyada azı 6 nəfərin terror aktları ilə əlaqəsi olub

Dünya xəbərləri Materials 18 Avqust 2017 07:37 (UTC +04:00)
İspaniyanın Barselona, Kambrils və Alkanar şəhərlərində baş verən terror aktları ilə təxmini 6-8 nəfərin əlaqəsi olub
İspaniyada azı 6 nəfərin terror aktları ilə əlaqəsi olub

Bakı. Trend:

İspaniyanın Barselona, Kambrils və Alkanar şəhərlərində baş verən terror aktları ilə təxmini 6-8 nəfərin əlaqəsi olub.

Trend-in "Cadena SER" radiostansiyasına istinadən verdiyi xəbərə görə, Kambrilsdə hücum törədən 5 terrorçu zərərsizləşdirilib. Onların üzərində "şəhid kəməri" olduğu bildirilir.

Bununla əlaqədər polis idarə olunan bir neçə partlayış törətmək niyyətindədir.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Kambrils şəhərində isə terror aktı 7 nəfərin yaralanmasına səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti