...

ABŞ HDQ-nin esminesi ticarət gəmisi ilə toqquşub

Dünya xəbərləri Materials 21 Avqust 2017 04:17 (UTC +04:00)
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Jon S. McCain" raket esminesi ticarət gəmisi ilə toqquşub
ABŞ HDQ-nin esminesi ticarət gəmisi ilə toqquşub

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Jon S. McCain" raket esminesi ticarət gəmisi ilə toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ HDQ-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Jon S. McCain" raket esminesi 21 avqust tarixində "Alnic MC" ticarət gəmisi ilə toqquşub. Axtarış-xilasetmə işləri yerli hakimiyyət orqanları ilə əlaqəli şəkildə aparılır", - məlumatda deyilir.

Qeyd edək ki, "Alnic MC" neft və kimyəvi məhsulların daşınması üçün istifadə edilən Liberiya tankeridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti