...

Türkiyədə 5 günə 45 adam öldü

Dünya xəbərləri Materials 31 Avqust 2017 15:06 (UTC +04:00)
Türkiyədə son 5 gün ərzində baş verən yol-nəqliyyat hadisələrində 45 nəfər dünyasını dəyişib.
Türkiyədə 5 günə 45 adam öldü

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə son 5 gün ərzində baş verən yol-nəqliyyat hadisələrində 45 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Polis İdarəsinin rəhbəri Selmai Altınok məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər əsasən magistrallarda baş verən avtomobil qəzalarında dünyasını dəyişib. Polis İdarəsi rəhbəri bildirib ki, qəzalar əsasən ölkədə Qurban bayramının qeyd edildiyi günlərə təsadüf edib.

S.Altınok yol polisinin bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti