Bakı. Trend:
İraq polisi Baqdada gələn turistlərə qarşı terror aktı hazırlayan İŞİD terror qruplaşmasının yeddi üzvünü saxlayıb. Bu barədə Trend Al Sumaria telekanalı istinadən xəbər verir.
Qeyd olunur ki, əvvəl polis əməkdaşları Ər-Rəşidiyə şəhərində üç terrorçunu aşkar edərək, saxlayıblar, onların üzərində üç partlayıcı qurğu tapılıb.
İstintaqı davam etdirərək, hüquq mühafizə orqanları silah və partlayıcı ehtiyyatları ilə daha bir şübhəli şəxsi, daha sonra üç terrorçunu saxlayıblar.