...

Meksikada daha bir güclü zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2017 20:24 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Oahaka ştatında 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Matias-Romero şəhərindən 16 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabr ayı ərzində bundan əvvəl daha 3 zəlzələ baş verib. 7-8 bal gücündə yeraltı təkanlarda ümumilkdə 300-dən artıq insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti