...

Merkel yenidən Bundestaqda - Seçkilər başa çatdı

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 08:49 (UTC +04:00)
Almaniyanın kansleri və parlament seçkilərində iştirak edən Xristian Demokrat İttifaqının lideri Angela Merkel yenidən Bundestaqa seçilib.
Merkel yenidən Bundestaqda - Seçkilər başa çatdı

Bakı. Trend:

Almaniyanın kansleri və parlament seçkilərində iştirak edən Xristian Demokrat İttifaqının lideri Angela Merkel yenidən Bundestaqa seçilib. Trend-in məlumatına görə, bu barədə Almaniya MSK-nın məlumatında bildirilib.

Qeyd edək ki, A.Merkelin başçılıq etdiyi alyans seçkilərdə qalib gəlib. Belə ki, son məlumata görə, bülletenlərin son hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı 26,5% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat - 20,8%, üçüncü yerdə isə "Almaniya üçün Alternativ Partiya" qərarlaşıb – 11,9%.

Bundan başqa "Yaşıllar" - 9,1%, "Solçular" isə 7,9% səs toplayıblar.

Xəbər lenti

Xəbər lenti