...

Miller: "Qazprom" Türkiyəyə qaz tədarükündə rekorda imza atacaq

Dünya xəbərləri Materials 29 Sentyabr 2017 13:43 (UTC +04:00)
Rusiyadan Türkiyəyə qaz tədarükü 48 faiz artıb.
Miller: "Qazprom" Türkiyəyə qaz tədarükündə rekorda imza atacaq

Bakı. Trend:

Rusiyadan Türkiyəyə qaz tədarükü 48 faiz artıb.

Trend-in məlumatına görə, bunu "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller deyib.

O qeyd edib: "Bu il Türkiyəyə təbii qaz tədarükü həcmlərinin artması bizi sevindirir. Yanvarın 1-dən etibarən Türkiyə bazarına ixrac həcmi 24,3 faiz artıb. Bu, ildə 4,1 milyard kubmetr deməkdir".

A.Miller əlavə edib ki, 2017-ci ilin sonunda "Qazprom" Türkiyəyə qaz tədarükündə tarixi rekorda imza atacaq:

"Sentyabrda isə keçən illə müqayisədə təbii qaz ixracı 48 faiz artıb. Bu, bir daha "Türk axını"nın iqtisadi baxımdan zəruri layihə olduğunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti