Bakı. Trend:
Meksikada sentyabrın 19-u baş verən zəlzələ nəticəsində ölənlərin sayı 369-a çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puento öz "Twitter" səhifəsində yazıb.
O, bildirib: "19 sentyabrda baş verən zəlzələ nəticəsində cəmi 369 nəfər həlak olub. Mexiko şəhərində 228 nəfər, Morelos ştatında - 74 nəfər, Pueble ştatında - 45 nəfər, Mexiko ştatında - 15 nəfər, Herreroda - 6 nəfər, Oahakada - 1 nəfər həlak olub".
Qeyd edək ki, sentyabrın 19-u baş vermiş zəlzələ 7,1 bal gücündə olub.