...

2017-ci il Nobel sülh mükafatının laureatı məlum oldu

Dünya xəbərləri Materials 6 Oktyabr 2017 13:23 (UTC +04:00)

Bakı. Trend:

Norveçin paytaxtı Osloda 2017-ci il Nobel sülh mükafatı laureatının adı açıqlanıb.

Trend-in məlumatına görə, bu mükafata Nüvə Silahının Ləğv Olunması üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

Bu il bu mükafata 318 namizəd irəli sürülmüşdü. Onlardan 215-i fiziki şəxs, 103-ü təşkilat olub.

Nobel mükafatlarının təqdim olunması mərasimi dekabrın 10-u Oslo və Stokholmda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti