Bakı. Trend:
Puerto-Rikoda "Mariya" qasırğası nəticəsində ölənlərin sayı 36-a çatıb.
Trend-in məlumatına görə, güclü külək və yağış böyük dağqınlara səbəb olub.
Təbii fəlakətin ölkəyə vurduğu ziyan 95 milyard dollara yaxındır. Adada 4 milyona yaxın insan işıqsız qalıb. Bəzi rayonlarda elektrik enerjisinin bərpasının hələ bir neçə ay mümkün olmayacağı bildirlir. Bundan başqa Puerto-Rikoda içməli su qıtlığı da yaranıb.