Bakı. Trend:
"Neyt" qasırğası ABŞ-ın Missisipi ştatının Bilokso şəhərinə yaxınlaşıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qasırğanın episentrində küləyin sürəti saatda 140 kilomtrə çatır. Hazırda qasırğa saatda 31 kilometr sürətlə şimala tərəf gedir.
Qeyd edək ki, bu qasırğa səbəbindən artıq Luiziana və Florida ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa Mərkəzi Amerikada 20-dən artıq insanın həyatına son qoyub.