Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbul polisi bu gün səhər narko-tacirlərə qarşı əməliyyatı bərpa edib. Trend-in məlumatına görə, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, müəyyən olunmuş ünvanlar üzrə əməliyyat yerli vaxtla səhər saat 06:00-da başlayıb.
Son məlumata görə, artıq saxlanılanlar var, lakin onların adları açıqlanmır.