...

Somalidə partlayış nəticəsində ölənlərin sayı 276-ya çatıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2017 04:13 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində ölənlərin sayı 276 nəfərə, yaralananların sayı isə 300 nəfər çatıb
Somalidə partlayış nəticəsində ölənlərin sayı 276-ya çatıb

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində ölənlərin sayı 276 nəfərə, yaralananların sayı isə 300 nəfər çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin informasiya naziri Abdirəhman Osman öz "Twitter" hesabında yazıb.

O, bildirib: "Moqadişoda "Aş-Şabab" terror qruplaşmasının törətdiyi partlayışda ölənlərin sayı 276 nəfərə çatıb, yaralıların isə 300-ə".

Qeyd edək ki, şənbə günü Moqsişonun mərkəzində partlıcı ilə doldurulmuş yük maşını partlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti