Bakı. Trend:
İraqın şimalında, Türkiyə sərhədinə yaxın Zap vadisi bölgəsində antiterror əməliyyatı davam edir.
Trend-in məlumatına görə, əməliyyat zamanı PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 2 türk hərbçi həlak olub.
Beləliklə, 24 saat ərzində ölən türk hərbçilərin sayı 4-ə çatıb. Biri ağır olmaqla 2 əsgər yaralanıb.
16 terrorçu zərərsizləşdirilib.