Bakı. Trend:
Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi ilə əlaqədar Yeni il yolkasının şəhər mərkəzinə çatdırılması ləngiyir.
Trend-in məlumatına görə, yolka Sofiya meydanına yerli vaxtla saat 12:30-da çatdırılmalı olsa da, həmin saatlarda M.Saakaşvilinin saxlanması ilə əlaqədar iğtişaşlar başlamışdı.
Hazırda M.Saakaşvili tərəfdarlarının Ali Rada qarşısında etirazları davam edir.
Yolkanın mərkəzi meydana çatdırılması üçün polisin icazə verməsi gözlənilir.