Bakı. Trend:
İranın Əlborz əyalətində baş vermiş 4.2 maqnitudalı zəlzələ nəticəsində yaralıların sayı artmaqdadır. Trend-in məlumatına görə, son rəqəm olaraq 75 nəfər qeyd olunub. Onlardan 22 nəfərin xəstəxanaya yerləşdiriliyi bildirilib.
X X X
İranın Əlborz əyalətində 4.2 maqnitudalı zəlzələ baş verib.
Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, 57 nəfər yaralanıb.
Dünyasının dəyişən şəxsin zəlzələ baş verən an qorxaraq həyəcanlandığı və ürək çatışmazlığından öldüyü qeyd edilib.
Əyalətdə dağıntılar olduğu bildirilir.
Xatırladaq ki, dekabrın 21-də Tehranda da güclü yeraltı təkanlar (5.2 maqnitudalı) qeydə alınmışdı.