Bakı. Trend:
Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda 3 naməlum şəxs qəhvəxanaya silahlı hücum təşkil edib.
Trend-in məlumatına görə, maskalı şəxslərin qəhvəxanadakılara atəş açması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hücumu təşkil edən şəxslər gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.
Polis araşdırma aparır.