...

Qətər əmiri Türkiyəyə gəlir

Dünya xəbərləri Materials 15 Yanvar 2018 12:38 (UTC +04:00)
Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani Türkiyəyə səfər edəcək.
Qətər əmiri Türkiyəyə gəlir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, səfər bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Səfər bir gün davam edəcək. Səfər çərçivəsində tərəflər regional məsələləri, eləcə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti