...

Roma papası etiraf etdi: Həqiqətən qorxuram...

Dünya xəbərləri Materials 15 Yanvar 2018 16:59 (UTC +04:00)
Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib
Roma papası etiraf etdi: Həqiqətən qorxuram...

Bakı. Trend:

Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib.

Trend-in məlumatına görə, Roma papası bu sözləri Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib.

Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: "Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır".

Qeyd edək ki, bu gün I Fransiskin Çili və Peruya səfəri başlayıb. Bu, Roma papasının fəaliyyətə başladığı gündən 22-ci beynəlxalq səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti