...

"Mayon" camaatı evindən didərgin saldı

Dünya xəbərləri Materials 16 Yanvar 2018 13:06 (UTC +04:00)
Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir.
"Mayon" camaatı evindən didərgin saldı

Bakı. Trend:

Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir. Trend-in məlumatına görə, hazırda sakinlərin təxliyəsinin təşkil edilməsi üçün xüsusi yaradılmış 18 mntəqənin fəaliyyə göstərildiyi bildirilib.

Qeyd edək ki, daha öncə 12 mindən çox sakinin təxliyə olunması barədə xəbər yayılmışdı.

Hökumət evlərini tərk etmiş sakinləri hələ də geri qayıtmamağ çağırıb

Xatırladaq ki, Mayon vulkanı həftə sonundan başlayaraq kül sovurmağa başlayıb. Mütəxəssislər vulkanın yaxın günlərdə püskürə biləcəyini deyiblər.

Təxliyə zonasında dərslər dayandırılıb.

Sakinlərin təhlükəsiz yerlərə köçürülməsi prosesinə hərbçilər də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti