...

Bir qrup konqresmen Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb

Dünya xəbərləri Materials 19 Yanvar 2018 08:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ konqresinin nümayəndələr palatasının 33 üzvündən ibarət qrup prezident Donald Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə konqresmenlərin Trampa yazdığı məktubda deyilir.

Məktubda bildirilir: "Şimali Koreya dünyada hərbi səviyyədə informasiya mübadiləmiz olmayan yeganə nüvə ölkəsidir".

Sənəddə qeyd olunur ki, ABŞ əlindən gələni etməlidir ki, daha böyük münaqişəyə, o cümlədən nüvə müharibəsinə gətirib çıxara bilən anlaşılmazlıq yaranmasın.

Xəbər lenti

Xəbər lenti