...

Praqa otelindəki yanğın söndürülüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Yanvar 2018 02:28 (UTC +04:00)
Yanğın söndürənlər Çexiya paytaxtı Praqanın mərkəzindəki Eurostars David otelində baş vermiş yanğını söndürüb
Praqa otelindəki yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Yanğın söndürənlər Çexiya paytaxtı Praqanın mərkəzindəki Eurostars David otelində baş vermiş yanğını söndürüb.

Trend-in məlumatına görə, otel sakinlərinin təxliyyə olunması əməliyyatıda başa çatıb.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

X X X

Saat 01:09

Çexiyanın paytaxtı Praqada yerləşən Eurostars David otelində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.

Paytaxtın yanğından mühafizə xidmətinin rəisi Petr Koloux otel sakinlərinin təxliyyə olunduğunu bildirib.

Otelin Praqanın tarixi rayonunda yerləşdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti