...

Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub, ölənlər və itkin düşənlər var

Dünya xəbərləri Materials 27 Yanvar 2018 03:18 (UTC +04:00)
Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub
Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub, ölənlər və itkin düşənlər var

Bakı. Trend:

Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub.

Trend-in "RİA Novsoti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 3 nəfər həlak olub.

Məlumata əsasən, indiyədək 3 nəfərin meyiti aşkarlanıb (Karlos Sadoval Suklupe, Xuan Sandoval Suklupe və Valter Sandoval Akosta). İtkin düşənlərin olduğu bildirilir.

İlkin məlumata əsasən, toqquşma yanvarın 24-də baş verib. Liberiya bayrağı altında üzən yük gəmisi ilə toqquşan balıqçı gəmisi batıb. Yük gəmisinin heyəti arasında zərərçəkən olmayıb.

Xəbər lenti

Xəbər lenti