...

Kanadanın himni dəyişdirildi - SƏBƏB?

Dünya xəbərləri Materials 2 Fevral 2018 18:02 (UTC +04:00)

Bakı. Trend:

Kanadada ölkənin ingilisdilli himninin dəyişdirilməsi barədə qanun qəbul edilib.

Trend-in məlumatına görə, yeni qanuna əsasən himnin sözləri gender bərabərliyinə uyğunlaşdırılıb.

Qeyd olunur ki, himndə yer alan “Vətənpərvərlik sənin oğullarının borcudur” ifadəsi “Vətənpərvərlik bizim hamımızın borcudur” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, “O Canada” mahnısı 1980-ci ildən Kanadanın ingilisdilli himni kimi təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti