Bakı. Trend:
Türkiyə Pakistanın Laxor şəhərində baş vermiş terror aktını qətiyyətlə qınayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir: "Bu terror aktını pisləyirik. Dost, qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk".
Qeyd edək ki, martın 14-ü Pakistanın Laxor şəhərində partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.