...

Rusiya MSK: Səslərin 35% hesablanmasından sonra Putin 73,73% səslə liderdir

Dünya xəbərləri Materials 19 Mart 2018 00:13 (UTC +04:00)
Rusiyanın hazırki prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkilərində liderlik edir.
Rusiya MSK: Səslərin 35% hesablanmasından sonra Putin 73,73% səslə liderdir

Bakı. Trend:

Rusiyanın hazırki prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkilərində liderlik edir.

Trend Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına istindanən xəbər verir ki, səslərin 35% hesablanmasından sonra, Putin seçicilərin 73,73% səslərini toplayıb.

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edib. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib, onlardan 400-dən artığı xaric yerləşib. Rusiya prezident seçkilərində 8 namizəd iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti