...

Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 79 mindən çox adam çıxıb

Dünya xəbərləri Materials 20 Mart 2018 00:19 (UTC +04:00)
Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 79702 min adam çıxıb
Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 79 mindən çox adam çıxıb

Bakı. Trend:

Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 79702 min adam çıxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.

Onun sözlərinə görə, bu gün Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin nəzarəti altında 21-ci "humanitar pauza" başlayıb: "21-ci humanitar pauza başlayandan Muhayam əl-Vafedin buraxılış məntəqəsindən 525 dinc sakin çıxıb. Ümumilikdə 28 fevraldan bu buraxılış məntəqəsindən 2241 nəfər çıxıb. İkinci humanitar dəhlizdən isə 5521 nəfər çıxıb".

Xəbər lenti

Xəbər lenti