Bakı. Trend:
BMT-nin baş katibinin siyasi məsələlər üzrə yeni müavini ABŞ nümayəndəsi Rouzmeri Dikarlo təyin edilib.
Trend-in məlumatına görə, bu barədə BMT-nin mətbuat xidməti bildirir.
Hazırda Amerikanın xarici siyasəti üzrə Milli komitənin prezidenti və Yel Universitetinin professoru olan Dikarlo bu postda həmyerlisi Ceffri Feltmanı əvəzləyəcək. Feltmanın müqaviləsi martın 31-i başa çatır.