Bakı. Trend:
Qırğızıstan paytaxtındakı restoranlardan birində toy mərasimi zamanı kütləvi zəhərlənmənin səbəbi məlum olub.
Trend-in məlumatına görə, 249 nəfərin toyda hazırlanmış toyuqdan zəhərlənməsi məlum olub. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Jıldız Ayqerçinova deyib.
Səhiyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, zəhərlənməyə səbəb dəqiq olaraq toydakı somenella çöpləri olub.
Xatırladaq ki, zəhərlənənlər arasında 20-dən çox uşaq da olub.