Bakı. Trend:
Argentinada kiçik təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həyatını itirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, ölkənin mülki aviasiya hadisələrinin araşdırılması üzrə bürosu "Twitter" sosial şəbəkəsində məlumat yayıb.
""PA 34 Piper" təyyarəsinin qəzası... Kemu-Kemu və Pelleqrini (La-Pampa vilayəti) aralarında yerləşən kənd ərazisində. Göyərtədə olan beş nəfər ölüb", deyə büro məlumatında bildirib.
Qeyd olunur ki, təyyarə Mendosa vilayətindən Buenos-Ayres vilayətinə gedirdi. Ölənlər arasında bir pilot və dörd sərnişin var.